Rusiyanın ehtiyatı tükənir – Britaniyadan xəbərdarlıq

Rusiyanın ehtiyatı tükənir – Britaniyadan xəbərdarlıq

Noyabrın 15-də Rusiya hərbi qüvvələri tammiqyaslı işğalın başlanmasından bəri bir gündə Ukraynaya rekord sayda raket zərbəsi endiriblər. Belə hücumlar Rusiyanın ehtiyatlarını tükəndirir.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Kəşfiyyat zərbələrin böyük əksəriyyətinin Ukraynanın enerji infrastrukturu obyektlərinə yönəldiyini bildirib.

“Noyabrın 15-də günorta saatlarında Rusiya əsasən Ukrayna ərazisindəki enerji infrastrukturu obyektlərinə 80-ə qədər uzaqmənzilli raket zərbələri endirib. Bu, Rusiyanın işğalın ilk həftələrindən bəri bir gündə həyata keçirdiyi ən çox zərbədir”, – məlumatda qeyd olunur.

Britaniya kəşfiyyatı qeyd edir ki, raketlərin əksəriyyəti uğurla zərərsizləşdirilsə də, bəziləri hədəfləri vurub. Rusiyanın raket terroru nəticəsində Ukraynada əhaliyə elektrik enerjisinin verilməsində ciddi problemlər yaranıb.

“Bu, mülki əhalinin rabitə, istilik və su təchizatına çıxışına təsir göstərəcək”, – məlumatda bildirilir.

Bununla belə, britaniyalı kəşfiyyatçılar əmindirlər ki, bu miqyasda zərbələr Rusiyanın qanadlı raket ehtiyatlarını xeyli tükəndirəcək.

Teqlər: