Kollektiv Qərbin uzunmüddətli məqsədi Rusiyanı zəiflətməkdir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arqumenti i Faktı” nəşrinə müsahibəsində bildirib.
“Ölkəmizin iqtisadi və siyasi rəqib kimi zəifləməsi və sonra parçalanaraq dünyanın siyasi xəritəsindən çıxarılması Vaşinqtonun, Londonun və onların nəzarətində olan kollektiv Qərbin uzunmüddətli strateji hədəfləridir”, – Patruşev bildirib.
Onun sözlərinə görə, ABŞ və Britaniya NATO ölkələrini özlərinə daha möhkəm bağlamaq üçün qəsdən rusofobiyanı şişirdirlər.