Kreml təkcə Donetsk və Luqansk vilayətlərinin ərazilərini ələ keçirmək niyyətində deyil. Ruslar Xarkovun şimalındakı yaşayış məntəqələrinə doğru irəliləmək cəhdlərini davam etdirirlər.
AzerTimes xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.
Məlumata görə, Donetsk və Luqansk vilayətlərinin ərazilərinin ələ keçirilməsini sürətləndirmək üçün rus bölmələri ikinci dərəcəli bölgələrə yönləndirilib:
“Ötən gün rus qoşunları Xarkovdan təxminən 15 km şimalda yerləşən Dementyevkaya hücum edib. Ruslar hücumu uğurlu adlandırsa da, Ukrayna bu məlumatı təkzib edərək, hücumun dəf edildiyini bildirib.
Ruslar Tsupovka, Pitomnik və Russkaya Lozova uğrunda döyüşür, Xarkovu da atəşə tuturlar. Xarkovdan şimalda belə yaşayış məntəqələrinə nəzarət uğrunda davamlı döyüşlər onu deməyə əsas verir ki, Kreml Donbasın ələ keçirilməsinə üstünlük verdiyini iddia etsə də, Donetsk və Luqansk vilayətlərindən kənarda Ukrayna ərazisinə də nəzarət etməyə çalışır”.