Rusiyanın Dneprə zərbəsi: ölənlərin sayı 45-ə çatdı

Rusiyanın Dneprə zərbəsi: ölənlərin sayı 45-ə çatdı

Yanvarın 15-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, həlak olanlardan 6-ı uşaqdır. Ölü sayı qarşıdakı günlərdə daha da arta bilər.

Ərazidə xilasetmə işləri davam edir.

Teqlər: