İrəvan Rusiyanın dəstəyi ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağına ümid edir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunda çıxışında deyib.
“Artıq Türkiyə ilə danışıqlara başlamışıq. Rusiyanın dəstəyi ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan Qarabağ problemini fəal şəkildə müzakirə edirlər.
Paşinyan təkcə Ermənistanın strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın tərəfdaşı kimi Rusiyanın dəstəyinə ümid etdiyini bildirib.