Kiyev Rusiyanın 300 kilometr dərinliyində Qərbin uzaqmənzilli raketləri ilə zərbələr endirmək üçün icazə alarsa, Rusiya döyüş təyyarələrinin 80%-dən çoxu Ukrayna hava məkanında döyüş tapşırıqlarını yerinə yetirə bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.
“Hava dəstəyi olmadan piyadaların hücum imkanları, xüsusiyyətləri və effektivliyi nəzərə alınmaqla, ümumi atəş potensialının 30%-i zəiflədiləcək”, – o söyləyib.