Rusiyanın daha bir gəmisi batırıldı

Rusiyanın daha bir gəmisi batırıldı

Sevastopolda Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Tarantul” xətt gəmisi batıb.

AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Gəminin bir neçə həftə öncə dəniz dronlarının hücumu nəticəsində partladıldığı ehtimal olunur.

Qeyd edək ki, dekabrın 26-da Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv etmişdi.

Teqlər: