Aprelin 15-nə keçən gecə Tobol çayında suyun artması ilə bağlı olduqca çətin vəziyyət proqnozlaşdırılır.
AzerTimes xəbər verir ki, bunu Kurqan vilayətinin qubernatoru Vadim Şumkov deyib.
“Tobol çayında suyun səviyyəsi artıq 532 sm-ə çatıb. İki saat ərzində çayda suyun səviyyəsi 25 sm artıb. Yağışın yağması əlavə su axınına səbəb oldu və təxliyəni çətinləşdirdi”, – Şumkov bildirib.
Qubernator əhalini daşqın olan yerlərdən təcili çıxmağa çağırıb.