Rusiyanın daha bir aviaşirkəti Bakıya birbaşa reyslərə başlayıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa reyslər həyata keçirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından AzerTimes-a bildiriblər ki, “Azimut” aviaşirkəti yanvarın 21-dən etibarən Rostov-Bakı-Rostov marşrutu ilə uçuşlara başlayıb.

Reyslər həftədə bir dəfə, cümə günləri keçirilir.

“Təyyarə Rostovdan saat 8-də çıxır, Bakıda 11:10-da eniş edir. Bakıdan 12:10-da havaya qalxan təyyarə isə saat 13:15-də Rostova çatır”, – deyə hava limanından bildiriblər.


Qeyd edək ki, Rostovdan Bakıya, həmçinin “Nordwind” aviaşirkəti həftədə bir dəfə uçuşlar həyata keçirir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: