Rusiyanın “Severo-Zapad” (Şimal-Qərb) aviaşirkəti iyunun 6-dan
etibarən Moskva vilayətinin Jukovski hava limanından Bakıya uçuşlar
yerinə yetirəcək.
Trend-in
məlumatına görə, uçuşlar həftədə iki dəfə, bazar ertəsi və cümə
axşamları həyata keçiriləcək.
Jukovskidən saat 16:00-da yola düşən təyyarə 21:35-də Bakıda
eniş edəcək.
(Tərcümə: Orxan Nəbiyev)