Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan
uçuş qadağasının müddəti aprelin 19-dək uzadılıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi
bildirib.
Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik,
Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil
olunur.
Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı
şəhərlərinin hava limanlarına aparmaq tövsiyə olunub.
Xatırladaq ki, Rusiya Ukraynada keçirilən hərbi əməliyyatlarla
əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını
bildirmişdi.
Mövcud qadağanın müddəti aprelin 13-də bitməli idi.