Rusiyanın cənubunda mülki təyyarələrin uçuş qadağasının müddəti uzadılıb

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrin uçuş
qadağasının müddəti martın 26-dək uzadılıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi
bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik,
Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil
olunur.

Xatırladaq ki, Rusiya Ukraynada keçirilən hərbi əməliyyatlarla
əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını
bildirmişdi.

Mövcud qadağanın müddəti martın 20-də bitməli idi.