Rusiyanın cənubunda mülki təyyarələrə uçuş qadağasının müddəti artırılıb

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan
uçuş qadağasının müddəti aprelin 1-dək uzadılıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi
bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik,
Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil
olunur.

Qapalı hava məkanlarının əvəzinə sərnişinləri Soçi, Stavropol,
Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq
tövsiyə olunub.

Xatırladaq ki, Rusiya Ukraynada keçirilən hərbi əməliyyatlarla
əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını
bildirmişdi.

Mövcud qadağanın müddəti martın 26-da bitməli idi.