Rusiyanın cənubunda anomal istilər müşahidə edilir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Hidrometereoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda Rusiyanın cənubunda – Rostov, Volqoqrad, Həştərxan, Kalmıkiya, Krasnodar, Stavropol vilayət və diyarlarında temperatur 39 dərəcəyə qalxıb və bu, iqlim normasından 6 dərəcəyə qədər yüksəkdir.
Anomal istilərin bir neçə gün davam edəcəyi gözlənilir.