Rusiya ilə Cənubi Osetiyanı birləşdirən Transqafqaz magistralı güclü sel səbəbindən bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə C.Osetiyanın Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Bildirilib ki, yolun 65-ci kilometrliyində baş vermiş sel səbəbindən keçid mümkünsüz hala gəlib və buna görə də bütün növ nəqliyyat vasitələrinin hərəkəti əlavə xəbərdarlığa qədər qadağan edilib.