Rusiyanın cənub-şərqində ağır avtomobil qəzası baş verib, ölənlər var

Rusiyanın cənub-şərqində, Tıva Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Dövlət Yol Hərəkəti Təlükəsizliyi Müfəttişliyinin regional idarəsinin məlumatına istinadən xəbər verir ki, Çadan – Ak-Dovurak maqistralının 64-cü kilometrində VAZ Priora və VAZ 2107 markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

İlkin məlumata görə, “Prioranın” 2017 və 2018-ci illərdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə üç dəfə məsuliyyətə cəlb edilmiş 33 yaşlı şəxs idarə edib. Bundan əlavə, o, 2021-ci ildə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün saxlanılıb.


Hüquq-mühafizə orqanlarının əməkdaşları VAZ 2107 markalı avtomobilin 20 yaşlı sürücüsünün əvvəllər avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyini və yol hərəkəti qaydalarını pozduğuna görə 4 dəfə məsuliyyətə cəlb edildiyini müəyyən edib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

Teqlər: