Hazırda Rusiya-Türkiyə münasibətlərində müşahidə edilənlər – müzakirə və Şərq bazarıdır ki, var.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski deyib.
“Ərdoğan stavkanı yüksəldir. İndi ona Qərbin pulu lazımdır. Bizdən isə ona lazım olan bütün dəstəyi artıq alıb. İndi o çalışır ki, Qərbdən alsın”, – Satanovski bildirib.
O iddia edib ki, Rusiya-Türkiyə münasibətlərində ciddi böhran ola biləcəyi ehtimalı yoxdur:
“Çoxlu pul, çoxlu maraqlar var. Bundan başqa, bizim ordumuz hələ də çox ciddidir. Rusiya Türkiyə ilə döyüşməyə hazır idi. İkinci Qarabağ müharibəsi zamanı sülhməramlıların yerləşdirilib-yerləşdirilməməsi ciddi müzakirə edilərkən, bilirəm ki, türk hərbçilərlə toqquşma ehtimalı da səsləndi, ancaq ölkə rəhbərliyi, o cümlədən hərbi rəhbərlik çiyinlərini çəkdi. Türkiyə ilə bizim tarixdə 13, yaxud 14 savaşımız olub və nəzərə alın ki, Rusiyanın bütün cənubu, Ukrayna, Moldova, o cümlədən Cənubi Qafqaz – hamısı türk torpaqları olub.
Daha bir müharibə ola bilərdi. Ancaq indi bizim 54 ölkəyə qarşı – NATO və müttəfiqləri – müharibəmiz gedir. Bu, başqa reallıqdır”.