Rusiya avqustun 15-də gecə 3 ədəd X-59 idarə olunan raket və 29 ədəd “Şahid” PUA-ları ilə Ukraynaya hücum edib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşşuk deyib.
“Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qruplarının heyətləri, Hərbi Hava Qüvvələrinin aviasiya, zenit-raket bölmələri və elektron döyüş texnikası Nikolayev, Çerkask, Kirovoqrad, Xerson, Zaporojye, Sum, Çerniqov və Kiyev bölgələrində düşmənin 29 PUA-sını məhv edib”, – Oleşşuk bildirib.