Rusiyanın artıq cəbhənin birdən çox istiqamətinə hücum etmək gücü yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Müharibənin başlamasından 4 ay sonra Rusiya arsenalı tükənməyə başlayıb. Amma Rusiya hələ də çox böyük miqdarda artilleriya və zirehli texnika toplayır və bu, ruslara üstünlük verir. Ukrayna hələlik müdafiə müharibəsi aparmalıdır. Keçən ay Amerikanın yüksək mobil HİMARS artilleriya raket sistemlərinin gəlişi Ukraynaya əvvəllər əli çatmayan Rusiya hədəflərini dəqiq vurmağa imkan verib. Ruslar onlara (HİMARS – red.) qarşı müdafiəsizdirlər. Ukraynaya onlarla belə buraxılış qurğusu lazım olacaq”, – o bildirib.