Rusiyanın bundan qorxmağa əsasları var – Səfir

Rusiyanın bundan qorxmağa əsasları var – Səfir

Rusiyanın ABŞ-ın Ukraynaya hərbi yardımının bir hissəsinin “qara bazara” çıxa biləcəyindən qorxmağa əsasları var.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Hərbi məhsulların bir hissəsinin “qara bazar”a gedəcəyi ilə bağlı ciddi qorxularımız var. Silahlar harada üzə çıxacaq? Bəzi terror qruplarının və cinayətkar təşkilatların əlinə keçəndə kim məsuliyyət daşıyacaq?” – Antonov bildirib.

Qeyd edək ki, ötən gün ABŞ administrasiyası Ukrayna ordusuna 350 milyon dollar dəyərində növbəti silah və sursat tədarükünü elan edib.

Teqlər: