Rusiyanın buğda ixracına məhdudiyyəti müvəqqəti xarakter
daşıyır.
Trend-in məlumatına görə, bunu Rusiyanın
Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında
deyib.
“Biz bu məsələ üzərində işləyirik. Bundan başqa, Azərbaycandan
Rusiyaya və əks istiqamətdə dəmir və avtomobil yolları ilə yük
tədarükü həcminin artırılması planlaşdırılır. Həmçinin, dəniz
nəqliyyatı vasitəsilə ticarət dövriyyəsinin genişləndirilməsi
planlaşdırılır”, – səfir deyib.
(Tərcümə: Orxan Nəbiyev)