Rusiyanın bu vilayətlərində seçki başa çatdı

Rusiyanın bu vilayətlərində seçki başa çatdı

Rusiyanın Maqadan, Saxalin və Kuril vilayətlərində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 13:00) prezident seçkiləri başa çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Uzaq Şərqdəki seçki komissiyalarından məlumat verilib.

Məlumata görə hər 3 vilayətdə seçki məntəqələri bağlanılıb.

Maqadanda seçici fəallığı 71.5, Saxalində 76.37 faiz olub.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 15 martda başlayıb və 17 martda bitəcək.

Prezident postu uğrunda 4 namizəd – Vladislav Davankov (Yeni Xalq Partiyası), Vladimir Putin (müstəqil), Leonid Slutski (LDP) və Nikolay Xaritonov (Kommunist Partiyası) mübarizə aparır.

Teqlər: