İşim və Tobol çaylarında suyun qalxması səbəbindən Tümen vilayətinin 47 yaşayış məntəqəsində yüzlərlə ev hələ də su altında qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“47 yaşayış məntəqəsində 385 ev, 345 bağ evi, 3232 həyətyanı sahələr, 35 yol su altında qalıb”, – məlumatda qeyd olunub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşların sakinlərin təxliyəsinə kömək edir.