Kursk şəhərində mayın 9-da hərbi parad təhlükəsizlik səbəbindən keçirilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru Roman Staravoyt deyib.
“Biz böyük bayrama, Böyük Vətən müharibəsində Qələbə Gününə yaxınlaşırıq. Ötən həftə Kursk vilayətində təhlükəsizliyi təmin edən federal həmkarlarımızla birgə mayın 9-da Kursk vilayətinin ərazisində hərbi paradın keçirilməməsi qərarını verdik”, – qubernator bildirib.