Rusiyanın bu sektoruna sanksiyalar davam etdiriləcək

Rusiyanın bu sektoruna sanksiyalar davam etdiriləcək

ABŞ Rusiyanın enerji sektoruna və əlaqədar infrastruktura qarşı sanksiyaları davam etdirəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində enerji təhlükəsizliyinə dair konfransda bildirib.

“Biz vintləri sıxmağa və əsas enerji layihələrinin, eləcə də gələcək enerji layihələrinin və əlaqəli infrastrukturun inkişafında iştirak edən geniş şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik”, – Pyatt vurğulayıb.

Cefri Pyattın sözlərinə görə, məhdudiyyətlər, xüsusən, Rusiya Federasiyasının gələcək enerji layihələri üçün materialların və qabaqcıl texnologiyaların satın alınması ilə məşğul olan müəssisələrə təsir edəcək.

Teqlər: