Rusiyanın “Çirkon” hipersəs raketləri Qərbin hərbi mütəxəssislərində qorxu yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Rundschau” nəşri yazıb.
“Qərb hərbi strateqləri üçün hipersəs raketləri qorxulu yuxuya çevrilib. Digər raket sistemlərindən fərqli olaraq, raketlər atıldıqdan sonra da idarə oluna bilir”, – məlumatda qeyd olunub.