Rusiya Könüllüləri Korpusunun döyüşçüləri artıq bir neçə gündür ki, Belqorod vilayətinin Şebekino rayonunun Novaya Tavoljanka kəndini ələ keçirib.
AzerTimes xəbər verir ki, bu barədə korpusun döyüşçüləri video-müraciət yayıblar.
“Rusiyanın bütün vətəndaşlarına xatırlatmaq istəyirəm ki, bu hansısa kiçik və tərk edilmiş kənd deyil. Yaşayış məntəqəsinin beş min sakini var. Hazırda o, boşdur. Burada ancaq RKK-nin döyüşçüləri var”, – onlar bildiriblər.