Rusiyanın bu imkanlarını nəzərə almadıq – Alman general

Rusiyanın bu imkanlarını nəzərə almadıq – Alman general

Ukrayna müharibəsində Rusiyanın bəzi imkanları nəzərə alınmayıb.

AzerTimes xəbər verir ki, bu sözləri Almaniya ordusunun general-mayoru Kristiana Froydinq yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, rusların dözümlülük qabiliyyəti əvvəlcədən düzgün qiymətləndirilməyib:

“Rusiyanın indi müşahidə etdiyimiz şəkildə uğur qazanacağını Bundesver də təsəvvür etmirdi. Ən sərt sanksiyalar rejiminə baxmayaraq, onlar öz hərbi-sənaye kompleksini qurur, genişləndirir, istehsal gücünü artırırlar”.

General əlavə edib ki, Almaniya Müdafiə Nazirliyi Rusiyanın müttəfiqlərindən tədarük axtarışlarını görməyib, yaxud görmək istəməyib.

Teqlər: