Ukrayna hakimiyyəti son günlər Rusiyanın kütləvi hücumlarından xüsusilə təsirlənən Odessa, Nikolayev və digər arxa şəhərləri qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemləri haqqında tərəfdaşlarıyla danışıqlar aparır.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu həftənin bazar ertəsindən bəri rusiyalı terrorçular Odessa vilayətinə, Nikolayevə və digər cənub şəhərlərimizə 70-ə yaxın müxtəlif tipli raketdən, 90-a yaxın “Şahid”dən istifadə ilə hücum ediblər. Təbii ki, əsgərlərimiz düşmənin bəzi raketlərini və PUA-larını vurmağa müvəffəq oldular. Ancaq hava hücumundan müdafiə qabiliyyətimiz hələ də bütün Ukrayna səmasını qorumaq üçün kifayət etmir”, – Zelenski bildirib.