Yanvarın 2-də Rusiya Ukraynaya kütləvi raket hücumu üçün təxminən 620 milyon dollar xərcləyib.
AzerTimes xəbər verir ki, bu barədə “Forbes” hesablama aparıb.
İlkin məlumatlara görə, yanvarın 2-nə keçən gecə və səhər saatlarında düşmən Ukraynaya 99 hava hücumu silahından – müxtəlif tipli raketlərdən və hücum PUA-larından istifadə edib.
Bu raketlərin dəyəri isə belədir: X-101 raketinin dəyəri – 13 milyon dollar, “Kalibr” – 6,5 milyon dollar, “İsgəndər” – 3 milyon dollar, “Oniks” – 1,25 milyon dollar, X-22 – 1 milyon dollar, Toçka-U – 0,3 milyon dollar, -55 – 2 milyon dollar, X-555 – 4 milyon dollar, X-47 “Xəncər” – 15 milyon dollar, Şahid-136 – 50 min dollar.