Rusiya taxıl sazişinin uğursuzluğundan sonra Qara dənizdə mülki gəmilərə hücum edə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.
Kleverlinin sözlərinə görə, Rusiya Ukraynanın ərzaq ixracına mane olmaq kampaniyasını gücləndirdiyi üçün mülki gəmilərə hücuma başlaya bilər:
“Bu həyasız davranışı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bildirəcəyik. Rusiya dünyanın ərzaq tədarükünü girov saxlamağı dayandırmalı və razılaşmaya qayıtmalıdır”.