Rusiyanın bəzi ordu bölmələrinin hücuma keçməkdən imtina etməsi halları daha tez-tez baş verir.
AzerTimes xəbər verir ki, bu barədə iddianı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı irəli sürüb.
“Rusiyanın Cənub Hərbi Dairəsinin birinci ordu korpusuna bağlı bölmələrdə olan səfərbər edilmiş hərbi qulluqçuların hücuma keçməkdən imtina etməsi halları daha tez-tez baş verir”, – Baş Qərargahın məlumatında deyilib.