Moskvanın “Şeremetyevo” hava limanı iyulun 14-də saat yerli vaxtla 17:00-dan sonra təyyarələrin qalxması və enməsinə məhdudiyyətlər tətbiq edir. Səbəb kimi proqnozlaşdırılan pis hava şəraiti göstərilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Şeremetyevodan uçuşlar, qeyd edildiyi kimi, faktiki hava şəraitinə uyğun olaraq həyata keçiriləcək.