Rusiyanın bu addımı qəbuledilməzdir – Simonyan

Rusiyanın bu addımı qəbuledilməzdir – Simonyan

Gümrüdəki 102-ci hərbi bazanın hərbi polisinin Rusiya vətəndaşını saxlaması qəbuledilməzdir.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Hesab edirəm ki, Xarici İşlər Nazirliyimiz müvafiq cavab verməlidir, çünki bu, qəbuledilməzdir”, – Simonyan bildirib.

Qeyd edək ki, Rusiyanın Ermənistan ərazisindəki 102-ci bazasının hərbi polisi Dmitri Setrakovu saxlayaraq, Rusiyaya aparıb. Ermənistan Baş Prokurorluğu da Dmitri Setrakovun həbsi, saxlanması və Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilməsi ilə bağlı sorğu almadığını bildirib.

Teqlər: