Rusiya ordusu Ukraynanın şərqində böyük hücuma başlayandan bəri heç bir irəliləyiş əldə etməyib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
O qeyd edib ki, Rusiyanın böyük hücumu “sönməkdədir”:
“Böyük hücum onların planlaşdırdıqları kimi, 8-10 gün davam edir. Onların heç bir uğuru yoxdur”.
Danilov söyləyib ki, hazırda düşmən beş istiqamətdə irəliləyir. Lakin Ukrayna qoşunları ölkəni cəsarətlə müdafiə edirlər.