Rusiyanın İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsi planlı uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, ekipaj katapult edib, təyyarə isə boş əraziyə düşüb.
İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.