Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq üçün hələlik beynəlxalq hüquqi yol yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
“ABŞ hesab edir ki, Rusiya BMT-dəki yerindən istifadə edərək dezinformasiya yaymaqda davam edəcək. Həmçinin, Ukraynadakı hərəkətlərinə haqq qazandırmağa çalışacaq. BMT Nizamnaməsini kobud şəkildə pozan və qonşusuna təcavüz edən ölkənin Təhlükəsizlik Şurasında yeri yoxdur”, – Karin Jan-Pyer bildirib.