Mayın 1-də Rusiyanın beynəlxalq ehtiyatları 593,052 milyard
dollar təşkil edib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında
deyilir.
Qeyd olunur ki, ötən ayın əvvəli ilə müqayisədə xarici
ehtiyatlar 13,357 milyard dollar və ya 2,2 faiz azalıb.
Ötən ilin mayın 1-də Rusiyanın beynəlxalq ehtiyatları 590,476
milyard dollar təşkil edirdi.