Rusiya Bankının materiallarına görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları oktyabrın 29-na həftə ərzində 1,6 milyard dollar artaraq 623,2 milyard dollar təşkil edib.
Trend xəbər verir ki, oktyabrın 22-nə olan məlumata görə, ehtiyatların həcmi 621,6 milyard dollar təşkil edib.
Bankdan bildirilib ki, ehtiyatlar, əsasən fiskal qayda çərçivəsində xarici valyuta alışı nəticəsində 0,3% artıb.