Rusiyanın beynəlxalq ehtiyatları 2 milyard dollardan çox artıb

Aprelin 1-də Rusiyanın beynəlxalq ehtiyatları 606,5 milyard
dollara çatıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında
deyilir.

Qeyd olunur ki, bir həftə ərzində həmin ehtiyatlar 2,1 milyard
dollar və ya 0,3 faiz artıb.

Martın 25-nə olan vəziyyətə görə, Rusiyanın beynəlxalq
ehtiyatları 604,4 milyard dollara bərabər idi.