Ukraynanı başqa ölkələrin ərazisi maraqlandırmır, sadəcə bizim ərazilərimizin işğaldan azad edilməsi vacibdir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Biz ölkəmizin müvəqqəti işğal olunmuş bütün ərazilərinə addım-addım irəliləyirik. Əlbəttə, çətindir, uzun və çətin yoldur. Biz irəliləyirik. Biz sülhə hazırıq, amma bütün ölkəmiz üçün. Bu, bütün dövlətimizin ərazisidir. Biz beynəlxalq hüquqa və hər bir dövlətin suverenliyinə hörmət edirik və indi dövlətimizin suverenliyindən danışırıq. Ona görə də biz Rusiyanın təcavüzünə qarşı mübarizə aparırıq”, – Zelenski söyləyib.
Zelenski vurğulayıb ki, Ukrayna dünya ictimaiyyətini çaşdırmağa çalışan Rusiyanın bəyanatlarına inanmır və işğal edilən əraziləri azad etməyə davam edəcək.