Xəbər - Sədrəddin Ağcayev – Trend:
Bu gün Rusiyanın Bakıdakı Səfirliyində Dövlət Dumasına seçkilərlə əlaqədar səsvermə keçirilir.
AzerTimes-ın məlumatına görə, seçki məntəqəsi saat 08:00-da açılıb və səsvermə saat 20:00-dək davam edəcək. Bakı vaxtı ilə saat 12:00 üçün seçkilərdə 110-dan çox seçici səs verib. Qeydiyyat səsverməyə gəlməklə aparılır, səs verənlərin əksəriyyəti yaşlı insanlardır.
Səsverməni Rusiya İctimai Palatasının iki nümayəndəsi və MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının bir nümayəndəsi izləyir.
Bir həftə əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin binasında erkən səsvermə baş tutub.
Qeyd edək ki, Dövlət Dumasına və digər seçkilərdə səsvermə sentyabrın 17 -dən 19 -dək Rusiyada və xaricdə keçirilir. Dövlət Duması qarışıq seçki sistemi ilə beş il müddətinə seçilir: 225 millət vəkili – partiya siyahılarına görə, digər 225 – bir turla birmandatlı dairələrdən.