Vaşinqtonun Ukraynanı Şimali Atlantika Alyansının üzvlərindən birinə çevirmək istəyi ciddi səhviydi və bu indiki münaqişəyə gətirib çıxardı.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “Voll Strit Jurnal” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Rusiya uzun illərdir ki, öz regionundakı dövlətlərə təsir göstərir:
“Lakin özü Avropaya münasibətdə qeyri-müəyyən mövqe tuturdu. Belə ki, Rusiya öz inkişafı üçün Qərblə münasibətləri genişləndirməyə maraqlı olsa da, ancaq ordan gələn təhlükədən qorxurdu”.