Rusiyanın Xarkova atdığı raketlərdən biri Belqorod vilayətinə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Raket Belqoroddan buraxılıb və vilayətin ərazisində yerləşən Vesyolaya Lopan kəndi yaxınlığına düşüb”, – məlumatda bildirilib.