Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi artilleriya və digər mərmiləri saymaq mümkün deyil. Ölkəmizə atılan yalnız qanadlı raketlərin sayı isə 3 mini keçib.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski xalqa müraciətində deyib.
Prezident bildirib ki, bütün rus hərbi cinayətkarlarının məsuliyyətə cəlb ediləcək:
“144 gün və səkkiz ildən çox baş verən hər şey üçün məsuliyyət daşıyanların hamısı cəzalanacaq”.