Rusiyanın almaz qadağasından yan keçmək variantı var

Rusiyanın almaz qadağasından yan keçmək variantı var

Rusiyaya qarşı almaz sanksiyaları paketinin tətbiqi əvvəldən proqnozlaşdırılırdı, ondan yan keçmək üçün variantlar var.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya almazlarına gəlincə, bu, proqnozlaşdırıla bilən idi, buna hazırlaşırdılar. Düşünmürəm ki, bu sanksiyalardan yayınmaq üçün variant olmasın. Onlar mövcuddur və həyata keçiriləcəkdir. İstənilən halda bizim maraqlarımızı qorumaq və təmin etmək üçün hər şey ediləcək”, – o bildirib.

Qeyd edək ki, AB Rusiyaya 12-ci sanksiya paketini təsdiqləyib. Bu paket Rusiyadan almaz idxalını da qadağan edir.

Teqlər: