Rusiyanın Ali Məhkəməsi komediya aktyoru Maksim Qalkinin onun xarici agentlər siyahısına əlavə edilməsi qərarından şikayətinə baxmaqdan imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
“Məhkəmə Maksim Aleksandroviç Qalkinin şikayətini məhkəmə iclasına verməkdən imtina edib”, – qeyd olunur.
Bu qərarın səbəbləri barədə isə məlumat verilmir.