Rusiyanın 6 min raketi vardı: indi qalan say isə…

Rusiyanın 6 min raketi vardı: indi qalan say isə…

Son zamanlar Ukraynanın kütləvi raket zərbələrinə məruz qalması fonunda Rusiyada raket ehtiyatlarının sürətlə tükənməsi barədə xəbərləri alırıq.

AzerTimes xəbər verir ki, “RBK-Ukrayna” mənbələrinə istinad edərək Rusiyanın ehtiyat raketlərinin sayını açıqlayıb:

– 180 ədəd X-22 (qanadlı)

– 150 ədəd “Kalibr”(qanadlı)

– 140 ədəd “İsgəndər-M” (balistik)

– 90 ədəd X-101 və X-555 (qanadlı)

– 80 ədəd “Xəncər”(aerobalistik)

– 45 ədəd “İsgəndər-K”.

Beləliklə, cəmi 690 raket qalıb – onlardan 470 qanadlı, 220 isə balistik raketlərdir.

Müharibənin əvvəlində (24 fevral 2022-ci il) Rusiyanın ehtiyatında 6000-dən çox raket var idi. Bugünkü rezerv müharibənin başlandığı günlə müqayisədə 10%-ə yaxın təşkil edir.

Rusiyanın ayda 70-90 raket istehsal etməsinə baxmayaraq, kütləvi zərbələr üçün imkanlar sürətlə məhdudlaşır, həm də nəzərə almalıyıq ki, 690 raketdən ibarət ehtiyatın bir hissəsi stratejidir və toxunulmaz hesab olunur.

Məsələnin başqa tərəfi də odur ki, bu gün Ukrayna HHM sistemləri Rusiyanın atdığı raketlərin 85-95%-ni zərərsizləşdirir. Başqa sözlərlə, Rusiyanın kütləvi raket hücumunun sonuna yaxınlaşırıq.

Teqlər: