Rusiyanın 5 gündür yanan neft bazasına yenə hücum edildi

Rusiyanın 5 gündür yanan neft bazasına yenə hücum edildi

Rusiyanın Rostov vilayətinin Proletar rayonunda PUA hücumu nəticəsində 5 gündür yanan neft bazasına yenidən hücum edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, avqustun 23-ü səhər saatlarında bazaya PUA hücumu qeydə alınıb.

Qeyd edək ki, avqustun 18-də gecə Rusiyanın Rostov vilayətindəki “Qafqaz” kombinatı vurulmuşdu. Yanğının baş verdiyi Proletar rayon administrasiyası rayonda fövqəladə vəziyyət elan etmişdi. Yanğın hələ də söndürülməyib.

Teqlər: