Ukrayna ordusu o qədər çox rus silahı ələ keçirib ki, Moskva Ukraynaya ən böyük ağır silah tədarükçüsünə çevrilib. Ələ keçirilən bu maşınlar Ukrayna qüvvələrinə Liman da daxil olmaqla, Donetsk vilayətinin şərqini geri almağa və daha da şərqə doğru irəliləməyə kömək edir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya ordusu nizamsız geri çəkilmə zamanı ağır silahlarını və təchizat anbarlarını tərk ediblər. Bəzi silahlar dərhal istifadəyə hazır idi, digərləri isə istifadə üçün təmir olunur. Ruslar Ukraynada demək olar ki, sovet standartlarına uyğun xeyli miqdarda artilleriya mərmisi də qoyublar”, – məlumatda deyilir.
Qeyd olunur ki, Rusiyanın 460 tankı, 92 özüyeriyən haubitsası, 448 PDM-i, 195 zirehli döyüş maşını və 44 reaktiv yaylım atəş sistemi ələ keçirilib:
“Real rəqəm yəqin ki, daha çoxdur”.